Məlikli kəndi

17
143

Məlikli Zərdab şəhərindən 18 kilometr qərbdə, Zərdab-Ağcabədi şose yolunun yaxınlığında, Kür çayının sahilində yerləşir. Bu kənd rayonun Müskürlü adlanan 4 kəndindən biridir. Məlikli kəndində əhali əsasən heyvandarlıq, taxılçılıq, quşçuluq, yemçilik, pambıqçılıq, baramaçılıq, balıqçılıq və meyvəçiliklə məşğul olur. Kənddə icra nümayəndəliyi, bələdiyyə, kitabxana, orta məktəb, dəyirman, xəstəxana, mədəniyyət evi, mişar sexi, uşaq bağçası, rabitə şöbəsi, ATS, xidmət obyektləri və s. var. Tarixi mənbələrdə qeyd olunan məlumatlara görə, Məlikli kəndinin adı Məlik adlı nüfuzlu bir şəxsin adı ilə bağlıdır. Məlumat üçün onu da əlavə edək ki, ölkəmizin Qəbələ, Yardımlı və Zəngilan rayonlarında da Məlikli adlı kəndlər mövcuddur.
Bu gün Məlikli kəndinin yetirməsi olan neçə-neçə insan müxtəlif vəzifələrdə, dövlət əhəmiyyətli işlərdə ölkəmizi qürurla təmsil edirlər. Onlar bu gün də doğma torpağa – Zərdab rayonuna və Məlikli kəndinə öz sadiqlikləri ilə seçilirlər…

Ərazisi 1864,9
Əhalisi 1019 nəfər

17 ŞƏRH

  1. Кэндин тарихинин арашдырмалара чидди еhтиячы вар, Нэ гэдэр кеч дейил агсаггалларын яддашындан истифадэ едэрэк, тарихи фактлары арашдырмаг лазымдыр… hачы Маhмуд ага, hачы Байрам, hачы Мэрдан, Гурбан киши, Паша киши, Абдулэзиз киши кими дэйэрли агсаггаллары олуб… Аллаh гэни-гэни рэhмэт елэсин.Унудулмаз сэнэткарымыз Муршуд Аббасов, Республика Эhэмиййэтли хирург Сабир hэким, Мэбут hэким бу кэндин йетирмэлэридир…Бойук Вэтэн муhарибэсиндэ Гарабаг угрунда кедэн дойушлэрдэ овладлары шэрэфлэ вурушублар…

  2. Zəhmətiniz təqdirə layiqdir. Yalnız təkcə MSK-nın seçici siyahısında 1215 nəfər Məlikli sakini var.

  3. SALAM.BILMEK ISTEYIREM NIYE ZERDAB SHEHIDLERININ ADLARI HEC YERDE CEKILMIR?NIYE XATIRLANMIRLAR?

Comments are closed.