Həmyerlimiz, Tibb Universitetinin dosenti İlham Mahmudov

1

İlham MahmudovMahmudov  İlham Şərif oğlu 1960-cı il  avqustun 18-də Zərdab şəhərində anadan olub. 1977-ci ildə  Ş. Qurbanov adına 2 N-li orta məktəbi bitirib. 1978-1984-cü illərdə N. Nərimanov adına Tibb İnstitutunda təhsil alaraq həkim-pediatr ixtisasına yiyələnib. 1984-1985-ci illərdə K. Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) 1 illik internatura keçdikdən sonra 1985-1988-ci illərdə Zərdab  Rayon Mərkəzi Xəstəxanasının (RMX) Uşaq Poliklinikasının müdiri, rayonumuzun baş pediatrı işləyib. RMX-nın komsomol təşkilat katibi  də olub. 1988-1991-ci illərdə Moskva şəhərində Tibb Elmlər Akademiyası nəzdində  ETPİ-da məqsədli aspirantura keçərək, Tibb elmlər namizədi adını alıb və yenidən Bakıya qayıdıb. 1991-ci ildən bu günə qədər Tibb Universitetinin Uşaq Xəstəlikləri Kafedrasının dosenti vəzifəsində çalışır. 52 elmi məqalənin, 2 metodik və 1 dərs vəsaiti nəşr olunub. Rusiya pulmonoloqlar cəmiyyətinin üzvüdür. 3-övladı var. YAP-ın üzvüdür.

 

İlham Mahmudov

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 × two =