Zərdabda qazıntı zamanı qədim əşya tapıldı – foto

2
Antik eşya

Antik eşyaZərdab rayonunda qazıntı işləri zamanı qədim bir əşya tapılıb. Bu barədə Zerdab.com saytının “facebook” (feysbuk) sosial şəbəkəsində fəaliyyət göstərən Zerdab.com adlı qrupunda oxuculardan biri məlumat verib. Onun sözlərinə görə, bu məişət əşyası bir müddət əvvəl tapılıb və hazırda evlərində saxlanılır. Əşyanın Zərdab rayon Tarix Diyarşünaslıq Muzeyinə verilib-verilməyəcəyi barədə oxucumuz konkret bir söz deməyib. Kiçik səhəngə bənzəyən bu əşyanın qədimliyini onun metaldan yox, daşdan hazırlanması da sübut edir. Oxucumuzun sözlərinə görə, kiçik səhəng uzun illər torpaq altında qalsa da, tapılarkən zədələnmədiyi məlum olub.

Zerdab.com

2 ŞƏRH

  1. qardash, bu, seheng deyil, bardaqdir ve yaxshi olar ki, muzeye verilsin. Cunki muzey ebedi saxlanc yeridir, ev sheraitinde ise en bahali billur servisi de salamat saxlamaq olmur, hem de bele nadir eshyalar butun xalqimiza mexsus milli tarixi servetimizdir.

  2. Yer altından tapılan əşyalar Tarix muzeylərinə verilməlidir.Bu əşyalar xalqın keçmiş tarixindən danışır. Əşyanı tapana dəfələrlə müraciət etməyimizə baxmayaraq, muzeyə təhvil verilməyib. Milli-mənəvi dəyərlərimizə biganə olmayın!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

six − 1 =