Zərdab rayonunda qədim əşya küplə birgə tapılıb – Eksklüziv

0

Antik eşyaZərdab rayonunda qazıntı işləri zamanı qədim bir əşyanın tapılması barədə Zerdab.com saytında yayımlanan xəbər böyük marağa səbəb olub. Məsələ ilə bağlı saytımızla əlaqə saxlayan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçiləri ətraflı məlumat almaq istəyiblər. 

Məlumat üçün bildirək ki, Zərdab rayonunda qazıntı işləri zamanı qədim əşyanın tapılması barədə ilk dəfə Zerdab.com saytı məlumat yayıb. Belə ki, saytımızın “facebook” (feysbuk) sosial şəbəkəsində fəaliyyət göstərən Zerdab.com adlı qrupunda oxuculardan biri bu barədə məlumat vermişdi. Onun sözlərinə görə, bu məişət əşyası bir müddət əvvəl tapılıb və hazırda evlərində saxlanılır.

Məsələ ilə bağlı yeni məlumatlar əldə etmişik. Məlum olub ki, bu əşya bir neçə il öncə tapılsa da, bu barədə rəsmi olaraq heç bir yerə məlumat verilməyib. Zerdab.com saytı illər sonra bu tapıntını ictimailəşdirəndən sonra diqqət çəkməyə başlayıb. Araşdırmalarımız zamanı məlum olub ki, bu əşya Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisində meliorasiya işləri zamanı üzə çıxıb. Bu əşyanı tapan şəxs isə rayonumuzun Təzəkənd kəndinin sakini Hətəm Qurbanov olub. Onun yaxınlarının bildirdiyinə görə, Bəyimli qəsəbəsi ərazisində köpek kanalı deyilən bir yer var, məhz həmin ərazidə qazıntı işləri zamanı böyük bir küp tapılıb. Küpün içərisində fotosunu yayımladığımız əşyadan bir neçə dənə də olub. Lakin qazıntı işləri zamanı traktor bilmədən digərlərini sındırıb, təkcə bu qab qalıb. Onu isə Hətəm kişi öz evinə gətirib və illərdir qorunub saxlanır.

Zerdab.com