Məəttəl qalmışam işinə Dünya

3
29

                                                                                              

Səməd Safdil
Müəllif: Həmyerlimiz Səməd Safdil

    

                                                                                              Dünya

Həqiqət zəhərdən acıdır-acı,

Heç kəsin gəlmirsən xoşuna Dünya.

Məhvərindən qopub hara gedirsən?

Kimlər su caladı aşına Dünya?

***

Sürməni gözə yox, qaşa çəkirsən,

Ağzı küt bıçağı daşa çəkirsən,

Nadanı çox yerdə başa çəkirsən,

Məəttəl qalmışam işinə Dünya.

***

Safdil işlərindən gileyli qaldı,

Yadlar yad havanı sazında çaldı.

Bilməm kim ağlını başından aldı,

Ağlın çətin gələr başına Dünya.

3 ŞƏRH

  1. allah sizə rəhmət etsin Səməd müəllim.cox sevimli ədəbiyyat müəllimim idi.Yeri behişt olsun.

  2. Sayti tertib etdiyinize ve atamin weirini yerlewdiryinize gore size tewekkur edirem.

Comments are closed.