Zərdabda daha bir yaşayış məntəqəsinə qaz verildi – fotolar

3
21

ZerdabZərdabda baş vermiş təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün rayonun “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbəyə çəkilmiş qaz xəttinin açılış mərasimi keçirildi.

Qəsəbəyə 108 mm diametrli borularla 700 paqonometr, 57 mm diametrli borularla 2500 paqonometr olmaqla, ümumilikdə 3200 paqonometr daşıyıcı və paylayıcı qaz xətti çəkilmiş, Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunmuş 71 mənzilə fərdi qaz tənzimləyicilər və mexaniki Y-4 tipli qaz sayğacları quraşdırılmış, qəsəbədə 1 ədəd qaz tənzimləyici şkaf qoyulmuşdur.

Mərasimdə çıxış edən İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov qəsəbə sakinlərini bu mühüm hadisə münasibətilə təbrik etdi. Bildirdi ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində bu günədək rayonun 5 kəndinə təbii qaz verilmişdir. Beləliklə bu qəsəbə qaz xətti çəkilmiş 6-cı yaşayış məntəqəsi oldu. Digər yaşayış məntəqələrinə qaz xəttinin çəkilişi davam etdirilir. O, qeyd etmişdir ki, qaz xəttinin açılışı bir daha onu göstərir ki, ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin əsasını müstəqil Azərbaycanın hərtərəfli inkişafı və xalqımızın firavan yaşayışı təşkil edir və bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yaxın günlərdə rayonun daha 10 yaşayış məntəqəsində qaz xəttinin açılışı nəzərdə tutulmuşdur. İlin sonuna qədər yaşayış məntəqələrinin əksəriyyətinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.

Qəsəbə sakinləri çıxış edərək bildirdilər ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf xəttinin bəhrələrini bu gün hər bir vətəndaş öz həyatında hiss edir, yeni qaz xəttinin açılışı da zərdablılara göstərilən qayğının daha bir nümunəsi kimi böyük minnətdarlıq hissi ilə qarşılanır.

Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.

Açılış mərasimində “Azəriqaz” İstehsalat Birliyinin Əsaslı Tikinti Şöbəsinin rəisi Aydın Hüseynov iştirak etmişdir.

Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektoru

Zerdab

Zerdab

Zerdab

3 ŞƏRH

  1. Qəsəbədə yaşayan sakinləri təbrik edirəm. Xeyir işlərdə istifadə etsinlər

Comments are closed.