Şagirdlərə attestatların verilməsi qaydasına dəyişiklik edildi

0
attestat

attestatTəhsil nazirinin ölkə prezidenti İlham Əliyevə müraciəti əsasında orta məktəbləri bitirən şagirdlərin hamısına attestatların verilməsi ilə bağlı Nazirliyin təklifinin araşdırılması prosesinin sürətləndirilməsi üçün tapşırıq verilib. Tapşırıq əsasında müvafiq dövlət orqanları qısa müddət ərzində məsələnin araşdırılması  prosesini yekunlaşdıraraq öz təkliflərini Azərbaycan Nazirlər Kabinetinə təqdim edib.

Azərbaycan Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli qərarı ilə təhsil haqqında attestat və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib. Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən asılı olmayaraq bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxılır. Onlar həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik olurlar.

11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış imtahanlarına buraxılırlar. Bu kateqoriya məzunların attestat qiyməti 10 və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir.

Bu qərar nəticəsində məzunların böyük əksəriyyəti üçün ölkənin ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək və sosial həyata aktiv şəkildə qoşulmaq imkanları yaranacaq.

Məsələ ilə bağlı fikrini bildirən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan Respublikasının prezidenti Təhsil Nazirliyinin təşəbbüsünü dəstəkləyərək bir daha nümayiş etdi ki, o hər bir Azərbaycan vətəndaşının prezidenti, hər bir məzun üçün bərabər imkanların yaradılmasının tərəfdarıdır.

Qeyd edilməlidir ki, 2010, 2011 və 2012-ci illərdə attestat almayan şagirdlərin sayı müvafiq olaraq məzunların ümumi sayının 22, 24 və 10.5%-i qədər olub.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

6 + 4 =