Kəndlərimizə qaz çəkilməsi sevinclə qarşılanır

0
26

Zerdab- mavi yanacaqSon dövrlər bir-birinin ardınca Zərdab rayonunda müxtəlif yaşayış məntəqələri mavi yanacaqla təmin olunur. Bu isə rayon sakinlərimiz tərəfindən sevinclə qarşılanmaqdadır. Məlumat üçün bildirək ki, son 3 ay ərzində Zərdab rayonunun Pərvanlı və Dəli Quşçu kəndlərində 23 min 910 paqonometr qaz xətti çəkilib. Lələağacı, Yarməmmədbağı və Dəkkəoba kəndlərinə qaz xəttinin çəkilişi davam etdirilir.

Zerdab.com saytında məlumat verildiyi kimi, dünən isə rayonumuzun “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbəyə çəkilmiş qaz xəttinin açılış mərasimi keçirildi.

Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində bu günədək Zərdab rayonunun 5 kəndinə qaz verilib. Yaxın günlərdə isə rayonumuzun daha 10 yaşayış məntəqəsində qaz xəttinin açılışı nəzərdə tutulur. İlin sonuna kimi yaşayış məntəqələrinin əksəriyyətinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir…

Ümid edək ki, görülən işlər nəticəsində bir gün rayonumuzun bütün kəndlərinə qaz çəkiləcək. Çox istərdik ki, rayonumuz ölkəmizdə bütün kəndlərinə qaz çəkilmiş ilk rayon adını qazansın. Bütün hallarda görülən bu işlərə görə zəhməti keçənlərin hər birinə təşəkkür düşür. Yeni şad xəbərlər diləyi ilə…

Zerdab.com

Zerdab- mavi yanacaq