Həsən bəy Məlikovun ölümünə

2
30

Zərdabinin dəfniBu sənmisən ey dahi, o tabut qucağında?

Sönmüşmü həyatın belə məhsullu çağında?

Ey şanlı “Əkinçi!”, sən idin gəncliyə rəhbər!

Aldı səni bizdən ölüm, ey nur saçan ülkər!

Ey adlı, şərafətli, fədakar, böyük insan,

Aləmlərə sığmaz vətənə etdiyin ehsan…

Bar vermədədir bəslədiyin dadlı diləklər.

Almış sənin ətrafını bax, canlı çiçəklər.

Həsrət gözünü aç bir an, ey şanlı mücahid,

Minlərcə bu məktəbli cavanlar buna şahid:

Yordu o zəif cismini zəhmət və məşəqqət,

Doğma vətənin qoynuna gir, ol daha rahət.

Gəlmiş hamı qəlbində kədər son görüşə, bax!

Mümkünmü səni ey böyük insan, de unutmaq”!

 

Abdulla Şaiq, şair

2 ŞƏRH

  1. Allah rahmet elesin Zerdabiye de, Abdulla Shaiqe de. Bu sheiri sayta verenlerin de qalbine quvvet, allerine saqliq!

Comments are closed.