Zərdab rayonunda bayram tədbiri – fotolar

0
29

Respublika Gunu28 may Respublika günü Zərdab rayonunda təntənəli şəkildə qeyd olunub. Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Zerdab.com saytına verilən məlumata görə, bayram toplantısında Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək Azərbaycan demokratik Respublikasının yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, 95 il əvvəl mayın 28-də Şərqdə ilk demokratik respublikanın həyata vəsiqə alması qədim dövlətçilik ənənələrinə malik xalqımızın milli azadlıq arzusunun təcəssümü olub. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb fəaliyyət göstərsə də bir çox sahələrdə önəmli ənənələrin əsasını qoyub. Belə ki, parlament idarəçiliyinin əsasları yaradılıb. Dövlətin başında müxtəlif siyasi partiyaları, etnik qrupları təmsil edən parlament və onun qarşısında hesabat verən hökumət qurulub. Tariximizin bu səhifələri hər bir azərbaycanlı üçün olduqca əzizdir. Rayon rəhbəri müstəqillik illərində əldə etdiyimiz uğurlardan da söz açıb. Bildirib ki, müstəqil Azərbaycanın memarı, qurucusu və yaradıcısı Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursun uğurla davam etdirilməsi nəticəsində ölkəmiz dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Respublikamızda bütün sahələrdə yaşanan tərəqqi Zərdabdan da yan keçməyib. Təkcə onu demək kifayətdir ki, son illər rayonda 300-dən çox sosial yönümlü layihə həyata keçirilib. Son 30 ildə Zərdabda 3-5 məktəb binası tikildiyi halda, 2003-2013-cü illərdə bu göstərici 15-dən yuxarıdır. Zərdabda 28 May Respublika gününə həsr olunmuş bayram toplantısı yerli musiqiçilərin təqdim etdikləri konsert proqramı ilə davam etdirilib. Eyni zamanda “İstedadlar sorağında-2013” rayon baxış müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblər konsert proqramı ilə çıxış ediblər.

Respublika GunuRespublika Gunu

28 May - Respublika Gunu