Qarabağda itkin düşən həmyerlimizdən 21 ildir xəbər yoxdur

7

esger-esirCəbişov Daşqın Qulu oğlu 1973-cü il sentyabr ayının 23-də Zərdab rayonunun Yarməmmədbağı kəndində anadan olub. 1990-cı ildə Yarməmmədbağı kənd orta məktəbini bitirib. 1991-ci ildə hərbi xidmətə çağırılıb. O vaxtkı Əlibayramlı (indiki Şirvan) şəhərində Daxili İşlər Şöbəsində xidmət edib. Daha sonra Bakı şəhərində, daxili qoşunlarda xidmət edib. Serjant idi. 1992-ci ilin yanvar ayının 28-də Ağdam rayonunun Qaleyçilər kəndinə göndərilib. 1992-ci il fevral ayının 26-da Güneypəyədə itkin düşüb. Subay idi.

 

 

7 ŞƏRH

  1. mən sumqayıt şəhərində yaşayıram.Şəhid C.Daşqın mənim əmidir.saytinizdə əmim haqqında məlumat verdiniz üçün çox şağ olun.ALLAH bütün şəhidlərimizə rəhmət edsin o cümlədən əmimə

  2. Vətənsizlik, yurdsuzluq burulğanında boğulanların harayına yetməyə, nisgilli gözləri yollardan yığmağa, axan göz yaşlarını silməyə can atan oğullar özlərini Vətənə qurban dedilər, “biz ölərik, sən yaşa Vətən” amalıyla quduz düşmənlə döyüşə girdilər, bir ovuc vətən torpağına döndülər.Daşqının da ömür payı burada qırılmalıymış, qisməti ömrünün cavan çağında itginliyin acısını dadmaq olmalıymış…Ürəkləri odlandıran, qəlbləri sızıldadan, bütün kəndə səs salan bir ana fəryadı eşidildi.O ana ki, bir tabut qucaqlamaq, bir baş daşı qucaqlamaqda çox görüldü ona…Sadə xala ,göz yaşlarını sil, Qulu dayı əyilmiş qəddini düzəlt!Daşqın kimi oğlu olan başı uca, üzü ağ ürəyi təpərli gəzər.Üstündə gəzə bilmədiyin,havasını uda bilmədiyin, suyunu içmədiyin torpağın altında rahat uyu,məkanın cənnət ruhun şad olsun Daşqın qardaş!

  3. sehid Cebisov Dasqin menim dayimdir.dayim veten uqrunda oz canindan kecdi.menim bir dayimda var oda herbici patpalkovnik Cebisov Vuqardir.Vuqar dayimda vetenimizin kesiyinde serefle 20 ilden artiqdirki durub.men dayilarimla FEXR EDİREM!!!!!!! msn dayilarimkimi butun veten ogullari ile FEXR EDİREM!!!!!! elovsedli jale

  4. Serjant Cəbişov Daşqın Qulu oğlu Ağdamın güneypəyə kəndində gedən döyüşlərdən qəhrəmanliqla doyüşüb. Ermənilər tğrəfindən ayaqndan vurularaq yaralanıb.Daüqın düşmənə əsir düşməsin deyə üstündə gəzdirdiyi qumbara ilə ozunu partdadıb.Daşqının doyüş yoldaşları onun meydini gətirə bilmədikləri ücün çox heyfisləniblər. Bunu Daşqının necə qəhrəmanlıqla doyüşməsini gorən doyüş yoldaşları Daşqının valideyinləri Daşqını Ağdamda gezerken onlara danışıblar. Daşqının atası Qulu kişiyə “əmi, Daşqın üçün günlerlə gəlib burda axtarıb, gəzmə Daşqın qəhrəman casına şəhid oldu, heyif onun meydini çxara bilmedik. O günden valideyinleri Daşqının veten yolunda şəhid olduğunu bildilər.Allah atama,anama sebir versin Allah bütün şehidlərə rəhmət eləsin. Başın sağ olsun Vətən

  5. Daşqının atasına,anasına , bütün yaxınlarına allah dözüm
    və səbr versin. Kaş onun da bir məzarı olaydı, ata-anasının gözü yığılaydı.Nişanəsiz oğul itirmək valideyn üçün,bacı üçün nə qədər ağırdır,bu hissi yaşayanlar bilir.Daşqın Vətən uğrunda şəhid olub.Bütün şəhidlərimizə Allah rəhmət
    eləsin.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × four =