İsaməddin Əhmədov: “Bilmirəm nə işdi başıma gəldi”

1

sevgi_mektubuBilmirəm nə işdi başıma gəldi,

Baharda getmişdi, qışıma gəldi,

Qarda lüt gəzsə də, xoşuma gəldi,

Bu gözəl bu qışdan qisasın aldı.

***

Çalışdı, vuruşdu haqqı yolunda,

Dərrakə başında, qüvvət qolunda,

Bir mələk sağında, biri solunda,

Bu kor bu kişidən əsasın aldı.

***

Qayalar çapsa da biçarə Fərhad,

Kimsədən görmədi mərhəmət, imdad,

Kimi pul, mükafat, kimi fəxri ad,

Yazıq İsaməddin cəzasın aldı…

İsaməddin ƏHMƏDOV

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

1 + 5 =