Ziyalılarımız təbrik edirlər

1
30

Eldəniz Həsənov
Eldəniz Əli oğlu Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

                                                                           Təbrik edirik            

Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas Eldəniz Əli oğlu Həsənov yeni-yeni uğurlar qazanmaqdadır.

Mətbuat orqanlarından, Eldəniz müəllimin elmi, publisistik yaradıcılığından bəhs edən yazılardan, çap olunan kitablardan respublika ictimaiyyətinə yaxşı məlumdur ki, son illərdə yazdığı elmi əsərlərin sayına və sanbalına, mətbuat orqanlarında, kitablarda gedən yazılarına, yaradıcı elmi təkliflərinə, məqalələrinə, portret oçerklərinə və müsahibələrinə, respublikada torpaq islahatının həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətin sosial inkişafında səmərəli fəaliyyətinə, əsrin ən böyük kontraktlarından olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi ilə bağlı torpaqayırma işlərində təcrübəli yerquruluşu mütəxəssisi, torpaqşünas, ekoloq alim kimi fəal iştirakına, Azərbaycanın xəritəçəkmə tarixindəki xidmətlərinə, H.B.Zərdabi irsinin tədqiqində və təbliğindəki xidmətlərinə, yazdığı sanballı tədqiqat əsərlərinə görə, aparılmış rəy və sorğuların nəticələrinə əsasənEldəniz Həsənov mətbuat orqanları tərəfindən ayrı-ayrı illərdə “Muğan” Media mükafatı laureatı diplomu, “İlin ən yaxşı tədqiqatçı alimi” medalı və diplomu, “İlin sevimli ziyalısı və ən yaxşı tədqiqatçı alimi” adına layiq görülmüşdür.

9 kitab və monoqrafiyanın, bir neçə tövsiyənin, 150-dən çox elmi, publisistik məqalənin müəllifi, professor Eldəniz Həsənov 2011-ci ildə “Qızıl Qələm” mükafatı laureatı adına və diplomuna layiq görülmüş, 2012-ci il 28 noyabr tarixində Həsən bəy Zərdabi irsinin tədqiqi, təbliği sahəsindəki xidmətlərinə görə və onun 170 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurası tərəfindən “Həsən bəy Zərdabi diplomu” ilə təltif olunmuşdur.

Onun mətbuat orqanlarında mütəmadi olaraq gedən dəyərli yazıları, xüsusilə Həsən bəy Zərdabi irsi ilə bağlı açılmayan səhifələrə işıq salması, güclü qələm sahibi olması nəzərə alınaraq o, Azərbaycan Respublikası Jurnalistlər Birliyi tərəfindən 06.06.2013-cü il tarixində Azərbaycan Jurnalistlər Birliyinin üzvliyinə qəbul edilmişdir.

Bu münasibətlə Eldəniz müəllimi təbrik edir, ona cansağlığı, ailəsində səadət, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Məhərrəm Məmmədli.

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru.

 Kərəm Kürqıraxlı.

Şair, Azərbaycan Aşıqlar, Jurnalistlər və Yazıçılar Birliyinin üzvü.

1 comment

Comments are closed.