Zərdab rayonunda zərərli vərdişlərə “yox” dedilər

0
24

ZerdabZərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək!” adlı sərgi keçirilib. Sərgi Heydər Əliyev parkında Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasının qarşısında təşkil olunub.

Sərgidə  “Narkomaniyaya yox”,  “Alkoqola  yox deyək”,  “Zərərli vərdişlərdən qorunun” adlı stendlər və bu vərdişlərin ziyanlarını özündə əks etdirən  şəkillər nümayiş olunub. Sonda sərgi iştirakçılarına mövzu ilə bağlı bukletlər paylanılıb.

 Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektoru

 Zərdab

 

Zerdab