Zərdabın qəhrəman oğlu – Müşfiq Hacıyev

4
zerdab_qarabag

zerdab_qarabagQarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub şəhid olan zərdablılardan biri də Müşfiq Hacıyevdir. Müşfiq Hacıyev Zərdab rayonunun Bıçaqçı kəndində doğulub boya-başa çatıb. Hələ yeniyetmə vaxtlarından dost-tanışları arasında mübariz, mərd bir insan kimi tanınıb. O mərdliyi, igidliyi ilə Qarabağ müharibəsində də qəhrəman, igid bir döyüşçü kimi özünü sübut edib. Martın 20-də Müşfiq Hacıyevin növbəti ildönümüdür. Atası Zabit Hacıyev hər il olduğu kimi, bu il də Müşfiqin ehtiramla yad olunacağını, şücaətinin xatırlanacağını deyir. Qeyd edək ki, Müşfiq Hacıyevin Qarabağ müharibəsində göstərdiyi xidmətlər dövlət səviyyəsindədə yüksək qiymətləndirilib. Belə ki, mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Müşfiq Hacıyev “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Bu gün nəinki Bıçaqçı kəndinin sakinləri və zərdablılar, bütün azərbaycanlılar Müşfiqlə və onun kimi qəhrəman oğullarımızla qürur duyurlar. Allah rəhmət eləsin.

www.zerdab.com

4 ŞƏRH

Şərh yaz

Please enter your comment!
Please enter your name here

6 + 12 =