Zərdab Rayon Polis Şöbəsinin binasının açılış mərasimi keçirilib

0
29

Zərdab Rayon Polis ŞöbəsiZərdab Rayon Polis Şöbəsinin inzibati binasının açılış mərasimi keçirilib. Qonaqlar növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Təcridxanasına baxıb, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olublar.

Zərdab Rayon İHBA-nın informasiya təminatı və təhlil sektorundan Zerdab.com saytına verilən məlumata görə, açılışda Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini cənab Əsgər Ələkbərov öz çıxışında Rayon Polis Şöbəsinin kollektivini və şəxsi heyəti təbrik edərək, onlara uğurlar arzulayıb.

Görülən işləri yüksək qiymətləndirən nazir müavini şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib.

Nazir müavini Ə. Ələkbərov əmin olduğunu bildirib ki, Rayon Polis Şöbəsinin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək qonaqları salamlamış, Zərdab Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı  və qarşıdan gələn 2 iyul Polis İşçiləri Günü münasibətilə bütün polis işçilərini təbrik edib. İcra başçısı əmin olduğunu bildirib ki, polis işçiləri qanunların aliliyinin təmin olunması, hüquqazidd əməllərin qarşısının alınması və ictimai asayişin mühafizəsinin təmin olunmasında bundan sonra daha səmərəli fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, tikintisinə ötən ilin aprelində başlanan 3 mərtəbəli inzibati binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib. Yeni tikilidə 37 xidməti otaq və 100 yerlik akt zalı var.

Zerdab.com

Zərdab Rayon Polis ŞöbəsiZərdab Rayon Polis Şöbəsi

Zərdab Rayon Polis ŞöbəsiZərdab Rayon Polis ŞöbəsiZərdab Rayon Polis Şöbəsi

Zerdab.com