Həmyerlimiz Nərmin Camalzadə dünya kubokunu ölkəmizə gətirdi – fotolar

6
29

Nermin Camalzade-OdessaHəmyerlimiz Camalzadə Nərmin Akif qızı karatenin VKC növü üzrə Ukraynanın Odessa şəhərində keçirilən VI Dünya Kubokunda möhtəşəm uğura imza atıb. Nərmin Camalzadənin yaxınlarının Zerdab.com saytına verdikləri məlumata görə, həmyerlimiz 18-35 yaşlı idmançılar arasında 48 kiloqram çəki dərəcəsində rəqiblərini məğlub edərək Dünya Kubokuna sahib olub. Həmyerlimiz finalda ukraynalı rəqibini məğlub edib. Məlumat üçün bildirək ki, bu, Nərmin Camalzadənin qazandığı sayca ikinci Dünya Kubokudur.

Xatırladaq ki, Nərmin Camalzadə bundan öncə karatenin VKC növü üzrə Ukraynanın Odessa şəhərində keçirilən beynəlxalq turnirin qızıl medalçısı, Dünya kuboku yarışlarında Dünya kubokunun və qızıl medalın sahibi, 2010-cu il Avropa çempionu, Türkiyənin Antalya şəhərində keçirilən Dünya çempionatının gümüş mükafatçısı, Şərqi Avropa çempionatının qızıl mükafatçısıdır.

Həmyerilimizi bu möhtəşəm qələbə münasibəti ilə təbrik edirik. Ümid edirik ki, Nərmin xanım bundan sonra da möhtəşəm qələbələri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmaqda davam edəcək.

Zerdab.com

Nermin Camalzade-Odessa-1Nermin Camalzade-Odessa-2Nermin Camalzade-OdessaNermin Camalzade-Odessa-5Nərmin Camalzadə

6 ŞƏRH

  1. Nermin xanlm salam.Size bu tutdugunuz sherefli yolda ugurlar arzulaylram en azlndan bele olaslnlz deyirem.Ugurlarlnlz daima bol olsun.Heyat yolunuz hemise nurlu ve islhlqll olsun.Size arzularlm cox boyukdu o arzularl sizin ayaqlarlnlzln altlna qoysam inanlramki sizin bashlnlz aya deyer.

  2. tebrikler bu boyuk uqurdur azerbaycanin merd cesur oqlanlari kimi merd cesur qizlarida var

  3. Bu ugur sizin ucun xirinci yox axarinci olsun.Hemyerlilerimizin bele ugurlari bizde isiqli bir geleceye inam yaradir.

  4. seni qonwum olaraq naliyyetlerinde qelebe qazandigin ucun zerdabimizin azeribaycanimizin adini yukseklere qaldirdigin ucun semimi qelbden tebrik edirem.qelebelerinin sayi sonsuz tukenmez ve ureyince olsun.nermin xanim sene uzun omur can sagligi arzulayir heyatin gunew kimi parlaq olsun.men fexr edirem ki zerdabin senin kimi yetirmesi var.bu qelebelerinde sene yardimci olan her kese derin tewekkurumu bildirirem. hormetle ikram..

Comments are closed.