Zərdab rayonunda polis işçilərinin peşə bayramı qeyd edildi – fotolar

2
24

Zerdab-polisZərdabda polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbirin rəsmi hissəsi polis işçiləri günü ərəfəsində istifadəyə verilmiş, ümumi sahəsi 2400 kvadratmetr olan, 3 mərtəbəli, 37 otaqdan ibarət hər cür avadanlıqlarla təchiz edilmiş yeni inzibati binanın 100 nəfərlik akt zalında davam etdirilib. Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektorundan Zerdab.com saytına verilən məlumata görə, rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov “Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü haqqında” məruzə edərək Azərbaycan polisinin, o cümlədən Zərdab Rayon Polis Şöbəsinin və şöbənin əməkdaşlarının keçdiyi şərəfli yoldan danışıb. O, qeyd edib ki, son vaxtlar ölkəmizdə, o cümlədən Zərdabda da cinayətkarlığa qarşı mübarizə işi gücləndirilib. Rəis bildirib ki, Rayon Polis Şöbəsi üçün yeni inzibati binanın istifadəyə verilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin polis işçilərinə olan diqqət və qayğısının bariz nümunəsidir.

Zerdab.com

Zerdab-polis

Zerdab-polisZerdab-polisZerdab-polisZerdab-polisZerdab-polis

2 ŞƏRH

  1. Salam.Mende oz novbemde Polislerin Pese bayramini tebrik edirem onlara uzun omur can sagligi Arzu edirem ve bunan sorada onlarin islerinde UGURLAR ARZULAYIRAM.HORMETLE ZERDAB RAYON sakini Suleyman Ozcelik.

Comments are closed.