Həqiqi yoxsulluq

0
21

 QoruqbağıBir gün varlı bir ata oğlunu kəndə apardı. Məqsədi insanların nə qədər yoxsul yaşadıqlarını oğluna göstərmək idi. Kənddə cəmi bir gün qaldılar. Çox kasıb bir ailənin qonağı oldular. Qayıdanda ata oğlundan soruşdu:

– İnsanların nə qədər yoxsul olduqlarnı gördünmü?

– Gördüm ata!

– Elə isə nə öyrəndin?

Oğlu cavab verdi:

– Öyrəndim ki, bizim evdə bir itimiz var, onların isə dörd. Bizim həyətin ortasına qədər uzanan bir hovuzumuz var, onların isə ucu-bucağı görünməyən çayları. Bizim həyətimizdə adi lampalar var, onların isə par-par parlayan ulduzları. Biz qalamızdan uzağı görə bilmirik. Onlar isə göz işlədikcə uzanan üfüqü görürlər.

Oğlu sözünü bitirəndə ata deməyə bir söz tapmadı. Sonra oğlu əlavə etdi:

– Çox sağ ol, ata! Nə qədər kasıb olduğumuzu göstərdiyin üçün!..

Mənbə: “Ailəm” jurnalı.