İftar verən oruclu qədər qazanır

0

RamazanPeyğəmbərimizin Mədinəyə hicrət etdikdən 18 ay sonra oruc fərz buyuruldu. Oruc fərz olduqdan sonrakı Ramazan ayından bir gün əvvəl Rəsulullah (s.ə.s.) belə söylədi:

– Ey insanlar, uca və mübarək bir ayın kölgəsi üzərimizə düşdü. O ayda bir gecə var ki, min aydan daha xeyirlidir. Allah o ayda oruc tutmağı fərz buyurdu. Gecələr ibadət etməyi (təravih namazı qılmağı) nafilə ibadət saydı. O ay bir yaxşılıq edən adam digər aylarda fərz ibadətini yerinə yetirmiş savabını qazanar. O ayda bir fərz ibadəti icra edən adam digər aylarda yetmiş fərzin savabına bərabər savab alır. O ay səbir ayıdır, səbrin qarşılığı isə cənnətdir.

O ay yardımlaşma ayıdır. O ayda möminin ruzisi bollaşdırılır. O ayda kim bir orucluya iftar yedirsə, bu, onun günahlarının bağışlanmasına və cəhənnəmdən qurtulmasına vasilə ola bilər. Eyni zamanda ona oruclunun savabı qədər savab verilər. Oruclunun savabından da heç nə əksilməz.

Bunu eşidən səhabələrdən bəziləri dedilər:

– Ey Allahın Rəsulu, hamımız orucluya iftar etdirəcək bir şey tapa bilmirik.

Bunu eşidən Rəsulullah (s.ə.s) buyurdu:

– Allah bu savabı (ikram edəcək çox şeyi olmayan yoxsullara) oruclunun iftarını quru xurma və ya bir qurtum su ilə açdırana da verir. O elə bir aydır ki, başlanğıcı rəhmət, ortası bağışlanma və sonu cəhənnəm atəşindən qurtuluşdur. O ayda kölə və xidmətçilərin yüklərini azaldanları Allah bağışlayar və cəhənnəm atəşindən qurtarar.

Mənbə:  ZAMAN

Şərh yaz

Please enter your comment!
Please enter your name here

six + nineteen =