Prezidentin əfv etdiyi 2 həmyerlimiz azadlığa buraxıldı

0

zerdab-amnistiyaPrezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. www.zerdab.com saytının xəbərinə görə, sərəncamda qeyd olunur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər. Sənəd iki nəfər həmyerlimizə də şamil olunub. Belə ki, Zərdab rayonunun Xanməmmədli kənd sakini Bəşirov Ruslan Cəlil oğlu azadlığa buraxılıb. Qeyd edək ki, 1978-ci ildə anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı Ruslan Bəşirli Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin 2006-cı il 12 iyul tarixli hökmü ilə məhkum edilmişdi.
Dövlət başçısının sərəncamı ilə cərimə cəzasına məhkum edilmiş, 1973-cü ildə anadan olmuş, Zərdab rayon sakini Qurbanov Aqil İslam oğlu da əfv olunub. Aqil Qurbanov Zərdab rayon məhkəməsinin 2011-ci il 9 avqust tarixli hökmü ilə məhkum edilmişdi.

www.zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

17 + 16 =