Zərdablı abituriyentlər ali məktəbə qəbul imtahanını Ağcabədidə verəcəklər

0
17

ImtahanTələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə bu il ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək bölgələrin sayını artırıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, zərdablı abituriyentlər qəbul imtahanlarını bütün ixtisas qrupları üzrə Ağcabədidə yaradılmış imtahan mərkəz­lərində verəcəklər.      

Abituriyentlər qəbul imtahanına bir neçə gün qalmış TQDK-nın internet səhifəsindən “İmtahana buraxılış vərə­qəsi”ni çap etməlidirlər. “İmtahana buraxılış vərə­qəsi”ndə imtahan mərkəzi, imtahan binası, zal, yer, imtahanın tarixi və başlanma vaxtı haqqında məlumatlar göstərilib.

Ali təhsil müəssisələrinə qəbul imtahanları aşağıda göstərilən tarixlərdə  keçiriləcək.

III ixtisas qrupu – 14 iyul 2013-cü il

I ixtisas qrupu – 21 iyul 2013-cü il

IV ixtisas qrupu – 28 iyul 2013-cü  il

II ixtisas qrupu – 3 avqust 2013-cü il

Zerdab.com