Zərdab rayonunda Novruz şənliyi keçiriləcək

0

zerdab-novruz1Baharın gəlişi ilə əlaqədar martın 18-də Zərdab rayonunda Novruz şənliyi keçiriləcək. www.zerdab.com saytının məlumatına görə, tədbirdə ölkəmizin tanınmış ziyalıları, incəsənət xadimləri, rayon rəhbərliyi, həmçinin yerli əhali iştirak edəcək. Tədbirin Mərkəzi Stadionda keçirilməsi nəzərdə tutulur. Şənlikdə Novruz personajlarının maraqlı səhnəcikləri olacaq. Bundan əlavə, yerli idmançılar, kəndirbaz və pəhləvanlar da maraqlı nümunələrlə çıxış edəcəklər. Novruz münasibəti ilə rayonda bayram yarmarkası da təşkil olunacaq. Yarmarkada kənd təsərrüfatı məhsulları ucuz qiymətə satışa çıxarılacaq.

zerdab-novruz