Xancanov Namiq Xanalı oğlu 1972-ci ildə Zərdab rayonunun Alcanlı kəndində anadan olub. 1989-cu ildə Alcanlı kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1991-ci ildə hərbi xidmətə yollanıb. O, keçmiş sovet ordusunda xidmət edirdi. Lakin torpaqlarımız uğrunda gedən müharibə ilə əlaqədər onları geri qaytardılar. Namiq oradan qayıtdıqdan sonra 1992-ci ilin avqustun 20-də Qarabağ torpaqlarının müdafiəsinə qalxdı. Namiq Xancanov Qubadlı batalyonunda vuruşurdu. 706 saylı batalyonda piyada kimi fəaliyyət göstərirdi. Sonra Yazı düzündə vuruşub. Yoldaşlarının verdikləri ifadəyə görə, ermənilər Namiqi girov götürmüşdülər. Hələ bu günə kimi Namiqdən heç bir xəbər yoxdur.