Zərdab sakini Bakıda mərc oyunları təşkil edirmiş

0
24

merc oyunuBakıda qanunsuz mərc oyunları təşkil edən şəxs müəyyən edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Cavadxan küçəsi, ev 17-nin zirzəmisində Zərdab rayon sakini Zaur Qurbanovun futbol mərc oyunları klubu təşkil etməsi müəyyən edilib. Kluba baxış zamanı 150 manat pul, 2 ədəd noutbuk, 2 ədəd datakart, 2 ədəd televizor, üzərində “ödənilib” sözü yazılmış 1 ədəd ştamp, 8 ədəd reklam, 7 vərəqdə futbol proqramı və 1203 manat dəyərində kuponlar aşkar edilərək götürülüb.