Təhsil naziri ilə görüşmək istəyirsiniz?

0
Təhsil naziri Mikayil Cabbarov
Təhsil naziri Mikayil Cabbarov

İyulun 19-da saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Yevlax, Zərdab, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Göyçay, Ucar rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşları qəbul edəcək. Nazirlikdən verilən xəbərə görə, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.