Zərdabın fəxri; şəhid Elçin Rəhimov

0
Qarabağ müharibəsi

Qarabağ müharibəsiRəhimov Elçin Yaşa oğlu 1972-ci ildə Zərdab rayonunun Burunlu kəndində anadan olub. 8-ci sinfi Burunlu kənd orta məktəbində başa vurub. Sonra isə 124 saylı Texniki Peşə məktəbinin mexanizatorluq şöbəsini bitirib. O Sovet ordusu sıralarında xidmət edirdi. Lakin respublikamızda gedən müharibə ilə əlaqədar geri qayıtmalı oldu.

Hərbi hissədən polkovnik Orucovun təşəkkürü Elçingilin evlərinə göndərilmişdi. Elçinin çevikliyini və şücaətini görən komandir ona serjant rütbəsi vermişdi. Elçin döyüşə Ağdam bölgəsindən başlamışdı. O, 9 dəfə döyüşə girmişdi. Lakin Qaravənd uğrunda gedən döyüşlərin birində 1992-ci il sentyabrın 19-da igidliklə həlak oldu.

Elçin Rəhimov Burunlu kəndinin ilk şəhididir. O, Burunlu kənd qəbristanlığında dəfn olunub. Onun keçdiyi həyat yolu həm gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi hesab oluna bilər. Elçin kimi qəhrəman və igid oğullarımızın həyat yolunu təbliğ etmək hər birimizin borcudur. Allah rəhmət eləsin.

 

Şərh yaz

Please enter your comment!
Please enter your name here

one × 5 =