Zərdabda “VAZ-2106” “QAZEL” ilə toqquşdu, 1 nəfər öldü

5
30

qəzaZərdab rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Zərdab rayon polis şöbəsinin məlumatına görə, hadisə Zərdab-Ağcəbədi əsas magistral yolunun Zərdab rayonunun Bıçaqcı kəndindən keçən hissəsində qeydə alınıb. Zərdab rayonunun Bıçaqcı kənd sakini 1983 –ci il təvəllüdlü Rzayev Şahin Fizuli oğlunun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə 1968-ci il təvəllüdlü Zülfiqar Rəhimovun idarə etdiyi “QAZEL” markalı yük maşını toqquşub. Nəticədə VAZ -2106 markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb.

Xəsarət alan Ş. Rzayev Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırma aparılır.

5 ŞƏRH

  1. ALLAH CC-DAN SAHIBLERINE BOL BOL SEBR DILEYIREM. RAMAZAN AYI HORMETINE GUNAHLARINI BAQIWLASIN INWALLAH.ALLAH REHMET ELESIN.

  2. Allah Rehmet etsin sene qardasim qebrin nurla dolsun üreklere dag cekdi ölmün allah ailene sebir dözüm versin.gözü yolda iki usaq birde yarivi qoyub getdin…

Comments are closed.