İcra başçısı Gəlmə kəndində səyyar qəbul keçirdi

0
Gelme kendi

Gelme kendiBu gün Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev rayonun Gəlmə kəndində yerli sakinlərlə səyyar qəbul keçirib. Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorundan Zerdab.com saytına verilən məlumata görə, qəbulun əvvəlində Rayon İcra Hakimiyyətinin Başçısı əvvəlcə son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə məlumat verib. Kənd sakinləri İsrəfil Fəziyev, İlahə Şirinova, Kərim Hüseynov, Cavad Ələkbərov, Mirzə Abbasov, Şirin Bədəlov və başqaları çıxış edərək kəndə təbii qaz xəttinin çəkilişində yaranmış çətinliyin aradan qaldırılması, kəndin mərkəzi yoluna asfalt örtük vurulması, həyətyanı torpaq sahəsinin suvarılması üçün 150 metr məsafənin qazılması, kənd uşaq bağçası üçün yeni bina tikilməsi, içməli suya olan tələbatı ödəmək üçün kənddə modul tipli təmizləyici qurğunun tikintisi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər. Rayon rəhbərliyi qaldırılan təkliflərin diqqətdən kənarda qalmayacağını vurğulayaraq ayrı-ayrı təkliflərin həlli istiqamətində tapşırıqlarını verib.

Səyyar qəbuldan dərhal sonra əlaqədar nazirlik və komitəyə kənd sakinlərinin təklif etdiyi məsələlər barədə rəsmi müraciətlər edilib.

 Gelme kendi

 

 

Şərh yaz

Please enter your comment!
Please enter your name here

twenty − 13 =