Zərdab rayonunun Məmmədqasımlı və Qaravəlli kəndlərində bankomatlar quraşdırılacaq

0

zerdab-bankomat1 yanvar 2012-ci il tarixinə olan məlumata görə, Zərdab rayonunda 7559 əmək pensiyaçısı qeydiyyata alınıb. Ölkədə aparılan pensiya islahatlarına uyğun olaraq onların orta aylıq pensiya məbləği 86 manatdan 134,4 manata çatdırılıb. Zərdabda da əmək pensiyalarının bankomatlar vasitəsi ilə ödənilməsi təmin edilib. Lakin pensiya yaşlı insanların çoxsaylı müraciətləri nəzərə alınaraq rayon ərazisində ən azı 2 yerdə – Məmmədqasımlı və Qaravəlli kəndlərində yeni bankomatların quraşdırılması nəzərdə tutulur. www.zerdab.com saytının məlumatına görə, yaxın vaxtlarda bununla əlaqədar Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə müraciət olunacaq. Məmmədqasımlı və Qaravəllidə yeni bankomatların quraşdırılması həm orada, həm də ətraf ərazilərdə yaşayan pensiyaçıların işini asanlaşdıracaq.