Zərdab rayon Mərkəzi Kitabxanasının veb-saytı fəaliyyətə başlayıb

1

Zərdab rayon Mərkəzi Kitabxanasının veb-saytı (www.zerdab-mks.info) fəaliyyətə başlayıb. www.zerdab.com saytının xəbərinə görə, veb-saytda rayon haqqında ümumi məlumat, habelə Həsən Bəy Zərdabi, milli Azərbaycan hökumətinin yaradılmasında fəal iştirak etmiş Şirin Nuriyev, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov və digər tanınmış zərdablılar haqqında məlumatlar yer alıb. Kitabxananın veb-saytında “Kitabxana və strukturu” bölməsində rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, onun fəaliyyəti və şöbələri haqqında, “Tədbirlər” bölməsində isə keçirilən tədbirlər haqqında məlumatlar yer alıb. “Yeni nəşrlər” bölməsində kitabxana fonduna daxil olan yeni kitabların siyahısı yerləşdirilib. Saytın maraqlı linklərindən biri “Əkinçi” bölməsidir. Burada Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzeti, onun yaradıcısı Həsən bəy Zərdabinin fəaliyyəti haqqında məlumatlar təqdim edilir.

 

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seven + 11 =