Dünyadan köçənə vidadır əzan

1
Mirağa Bağırov
Mirağa Bağırov, Zərdab şəhər sakini
Mirağa Bağırov
Mirağa Bağırov

Əzan

Allah böyükdür, bil, yoxdur şəriki,
Haqdan enib gələn sədadır əzan.

Muhəmməd –rəsulu, Əli—vəlisi,
Bunu bəyan edən nidadır əzan.

Namaza tələsin deyib səslənir,
Əmri-əzəl, hökmü-Xudadır əzan.

Nicat yolu odur, olmayın qafil,
Haqq sevən qəlblərə qidadır əzan.

Xeyir əməllərə çağırır bizi,
Gündəlik namazda ədadır əzan.

Bir dəfə səslənər ədadan qeyri,
Dünyadan köçənə vidadır əzan.

Sənin hikmətinə heyrandı aləm,
Sədana Mirağa fədadır, əzan.

1 comment

  1. COX GOZEL MIRAGA BABA MENDE BU YAZDIGIM MUSELMAN SEIRIME QULAQ ASMAGNIZI TEKLIF EDIREM YOUTUBE.COMDA

Şərh yaz

Please enter your comment!
Please enter your name here

sixteen + 13 =