“Özü doğru olanın sözü də doğru olar”

0

Gül* “Söz dərman kimidir, azı xeyirli, çoxu zərərlidir” (Hz. Əli).
* “Biz hərəkətlərimizə nəzarət etməsək, hərəkətlərimiz bizə nəzarət edər” (Atalar sözü).
* “Öyrənməsən, öyrədə bilməzsən” (Qaliley).
* “Nikbin hər fəlakətdə bir fürsət, bədbin hər fürsətdə bir fəlakət görür” (Atalar sözü).
* “Cəsarətin ölçüsü ölmək deyil, yaşamaqdır” (Vittorio Alfiyeri).
* “Sirrini saxlasan, sən ona hakim olarsan, saxlamasan, o sənə hakim olar” (Hz. Ömər).
* “Bölüşdüyün bir sevinc iki qat artar, bölüşdüyün bir kədər yarı-yarıya azalar” (Siseron).
* “Bir başın beyinin müdrikliyi var, bir də ürəyin müdrikliyi var” (Çarlz Dikkens).
* “Sevgi nə birdən var olur, nə də birdən yox olur” (Çarlz Dikkens).
* “Hər güldə tikan olar, ancaq hər tikanda gül olmaz” (Mövlana).
* “Heç bir şey insan qədər yüksələ bilməz və heç bir şey insan qədər alçala bilməz” (Helderlin).
* “Əllər çox olanda yük yüngülləşir” (Atalar sözü).
* “Cəsarətin qurtardığı yerdə əsarət başlayır” (Atalar sözü).
* “Bağışlamaq intiqam almaqdan daha yaxşıdır” (Pittak).
* “Ürəyin yaşı yoxdur” (Ejena İonesko).
* “Alçalmaq yüksəlməkdən daha asandır” (Alber Kamyu).
* “İstedad yüksəlmək üçündür, alçalmaq üçün deyil” (Jan Jak Russo).
* “Hər bulud fırtına doğurmaz” (Wilyam Şekspir).
* “Ağıllı bir düşmən, ağılsız bir dostdan yaxşıdır” (Atalar sözü).
* “Etdiyin yaxşılığı xatırlama, gördüyün yaxşılığı unutma” (Şilyon).
* “Nə yaxşı bir müharibə var, nə də pis bir sülh” (Benjamin Franklin).
* “Pis poladdan yaxşı qılınc olmaz” (Benjamin Franklin).
* “Şərəfli bir ölüm şərəfsiz bir ömürdən daha yaxşıdır” (Tatsit).
* “Siz özünüzə inanın, başqaları da sizə inanacaq” (Monten).
* “Özü doğru olanın sözü də doğru olar” (Hz. Əli).
* “Dillə düyünlənən dişlə açılmaz” (Mahmud Qaşqarlı).
* “Qaranlıq doğuşunu işığa borcludur” (Con Qey).
* “Həqiqəti qəbul etmək həqiqəti dəyişməkdən çətindir” (Atalar sözü).
* “Bütün xəttlərin əsası nöqtədir” (Həllac Mənsur).
* “Hər kəsin istədiyini edə biləcəyi bir yerdə heç kim istədiyini edə bilməz” (Franklin Ruzvelt).
* “Qartal havada havaya, zirvədə zirvəyə alışır” (İohann Höte).
* “İnsan bildiyi qədər yaşayır” (Atalar sözü).
* “Üstündə ulduz olmayan yol yoxdur” (Ralf Emerson).
* “Yaxşının bir, pisin isə min tərəfi var” (Aristotel).
* “İnsanın səadət qədər fəlakətə də ehtiyacı var” (Fyodor Dostoyevski).
* “Qaranlıq yalanın, işıq həqiqətin dostudur” (Evripid).
* “Bir dəfə ağaran saç bir daha qaralmaz” (Firdovsi).
* “Bir şey hər şey üçün, hər şey bir şey üçün var” (İohann Höte).
* “İnsanlar gözlərindən çox qulaqlarına inanırlar” (Herodot).
* “Doğru sözlər həmişə gözəl, gözəl sözlər də həmişə doğru deyil” (Horatsi).

Şərh yaz

Please enter your comment!
Please enter your name here

18 + 18 =