Zərdab şəhər 2 nömrəli tam orta məktəbin təmirə ehtiyacı var

1
28

2 nömrəli tam orta məktəbZərdab şəhər Ş. Qurbanov adına 2 nömrəli tam orta məktəbin binasının təmirə ehtiyacı var. Zerdab.com saytına verilən məlumata görə, bina uzun illərdir əsaslı təmir olunmur və bu səbəbdən müəyyən hissələri bərbad vəziyyətdədir. Bu isə xüsusən, qış aylarında burada təhsil alan şagirdlər üçün müəyyən problemlər yaradır.

Məktəbin binası ilə bağlı Zerdab.com saytı kiçik bir araşdırma aparıb. Məlum olub ki, Zərdab şəhər 2 nömrəli tam orta məktəbin binası 1977-ci ildə tikilərək istifadəyə verilib. Lakin o vaxtdan 36 il ötməsinə baxmayaraq, bina əsaslı təmir olunmayıb. Məktəbin bir çox sinif otaqlarında taxta qapı və pəncərələrin yararsız vəziyyətdə olduğu bildirilir. Sayta həmçinin o da bildirilib ki, binanın taxta döşəməsi çürüyüb, müəyyən hissələrdə suvaq qatı tökülüb.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq komissiyasının 1 il öncə tərtib etdiyi aktda binanın əsaslı təmirinə ehtiyac olduğu qeyd olunub.

Zərdab Rayon İcra Hakimiyyətindən binanın təmirinə ehtiyac olması ilə bağlı 2012-ci ildə müvafiq instansiyalara müaricət ünvanlanıb. Binanın təmirinə 2014-cü ildə başlanılacağı bildirilir.

Zerdab.com

1 comment

Comments are closed.