Zərdab Rayon Məhkəməsinə yeni hakim təyin edildi

0
50

MehkemePrezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. Zerdab.com saytı xəbər verir ki, sərəncam Zərdab Rayon Məhkəməsinə də şamil edilib. Belə ki, Zərdab Rayon Məhkəməsinə yeni hakim təyin edilib. Sərəncama əsasən, Qubadov Tahir Möhsüm oğlu Zərdab Rayon Məhkəməsinin hakimi təyin edilib.

Zerdab.com