Zərdab rayonunda qazlaşdırılma işləri davam etdirilir

0

ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi yaşayış ərazilərinin tam qazlaşdırılması, qaz təsərrüfatının müasirləşdirilməsi istiqamətində tədbirləri respublikanın digər regionları ilə bərabər Mərkəzi Aran regionunda da davam etdirir. www.zerdab.com saytının şirkətin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Zərdab şəhərinin Qumlu, Təzəkənd və 15-ci kvartal yaşayış massivlərinin qazlaşdırılması işləri başa çatdırılıb, 21,9 km boru xətti çəkilib. Rayonun Qaravəlli kəndinin qazlaşması üçün 24,8 km uzunluğunda qaz kəmərinin, Salahlı, Gəlmə, Xanməmmədli və Hüseynxanlı kəndlərinin qazlaşdırılması üçün müxtəlif diametrli 38 km qaz kəmərinin çəkilişi tamamlanıb, əhaliyə “mavi yanacaq” verilib və 190 qaz sayğacı quraşdırılıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 × 2 =