Kərəm Kürqıraxlı: “Böyüklü, kiçikli hamı dəyişdi”

0
66
Kərəm Kürqıraxlı
 

BİLİR

Bir an sonra nə olar,
Nə nökər, nə şah bilir.
Saça düşən dənləri
Qəlbdən keçən ah bilir.

Xoş gün görən qədərsiz,
Ömür sürür xətərsiz.
Axirətdən xəbərsiz
Savab, nə günah bilir.

Kərəm, ali mir muraz
Həm orucdu, həm namaz.
Bəndələr az bilir, az
Hər şeyi Allah bilir.

GƏLİM

Deyirsən ta gəl barışaq,
Qoy göz yaşım töküm, gəlim.
Məcnun edib saldın çölə
Zülümünü çəkim, gəlim.

Söykə dağa kürəyimi,
Aç zəncirdən biləyimi.
Parçalanmış ürəyimi
Əllərimlə söküm, gəlim.

İstəmirəm şöhrət, şanın
Mənə bəsdi quru, canın.
Bizi ayıran hicranın
Xirdəyinə çöküm. Gəlim.

Düz qalmayıb çörəyimdə,
Kərəm, dağ var kürəyimdə.
Dərd cücərib ürəyimdə
Onu yerə əkim, gəlim.

DƏYİŞDİ

Ay qardaş bu tufan hayandan qopdu,
Ömrümün gur yanan şamı dəyişdi.
Pul üçün hər şeyə dərman vurdular,
Ağzımın ləzzəti, tamı dəyişdi.

Nəğməsi necə oldu tuti dillərin,
Baharı bəd gəldi neçə illərin.
Diləyi puç oldu bu nəsillərin,
Çoxunun arzusu, kamı dəyişdi.

Kərəm, diqqət yetir yaxşıya, pisə,
Min ildir yazırıq dolmayır kisə.
Bilmədim namərdlər nə elədisə,
Böyüklü, kiçikli hamı dəyişdi.

GÖRƏSƏN

 Baxt sınadım,

o gün söndü çırağım.

Bu əzaba baxt nə deyir

görəsən

Kəmfürsətlər taxta çıxıb

şah oldu.

Şah kor oldu, taxt nə deyir

görəsən.

Başımıza göydən

yağan daş oldu.

Gözümüzdən axan

qanlı yaş oldu.

Şər xeyirə, xeyir şərə

tuş oldu

Bəs bu işə haqq nə deyir

görəsən.

 

Başa düşən çıraq kimi

əriyir

İçin-için hey ağlayıb kiriyir,

Bu haqsızlıq ayaq tutub

yeriyir,

Buna zaman, vaxt nə deyir

görəsən.

 

Cib kəsənlər canımıza

Daraşdı

Rüşvətə bax, görün

necə yarışdı

Halal-haram alt-üst oldu,

Qarışdı

Sinəmdəki ox nə deyir

görəsən.

 

Zalımların kəməndinə

düşmüşük.

Görə-görə dərd odunda

bişmişik.

Kərəm, sağkən cəhənnəmə

Köçmüşük

Ədalətsiz şah nə deyir

görəsən.

 

ALIB GEDİR

 Nə bir qocalmışam

nə qarımışam

İndidən gözümü yaş alıb

Gedir

Şeir çəmənzarım çiçək

Açmamış

Ömür gülşənimi qış alıb

gedir.

 

Hikmətli bilməyir nadan hər

Sözü

Acı yel əsəndə kül örtür

Közü

Qoca dəyirmandı bu dünya

Özü

Dolan xəzinələr boşalıb

gedir.

 

Yoxdu bir çarəsi istər alış,

Yan

Hər tərəfdə qırğın,

hər tərəfdə qan

Dəllal bazarına dönüb

bu dövran

Nadanlar, satqınlar baş alıb

gedir.

 

Hanı yeri, göyü satın alanlar

Bürüyüb dünyanı gedir

Yalanlar

Kəsilir alim tək başı olanlar

Pulun göstərənlər

“beş” alıb gedir

Nə qədər etsək də sözü,

söhbəti

Kimsə alverindən qalmayır

qəti.

Varlının evində qırqovul əti

Yoxsul ordan-burdan leş

alıb gedir.

 

Kürqıraxlı Kərəm, fikir ver

Çağa

Qananlar qul olub

qanmazlar ağa

Bir belə zülümə,

bu haqsızlığa

Dinənlər on beş il iş

alıb gedir.

 

Zerdab.com