Prezident İlham Əliyev həmyerlimizə medal verdi

0
19

Prezident sərəncamıXəbər verildiyi kimi, bir müddət öncə Prezident İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncam imzalayıb. Sənədə əsasən, dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslər orden və medallarla təltif ediliblər. Zerdab.com saytı Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinə istinadən xəbər verir ki, təltif edilənlər arasında həmyerlimiz Ramiz Ağakərim oğlu Məmmədov da var. Ramiz Məmmədov Zərdab rayon icra hakimiyyəti başçısının Çallı kəndi üzrə nümayəndəsi vəzifəsində çalışır. Prezidentin sərəncamına əsasən, Ramiz Məmmədov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ramiz müəllimi təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.