Zərdab sakininin Bakıda qaçırılmış avtomobili tapıldı

0
29

fotoLənkəranda iki həftə öncə baş verən oğurluq hadisəsinin üstü açılıb. Zerdab.com saytı APA-ya istinadən məlumat verir ki, bu, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri sayəsində mümkün olub. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) daxil olan məlumata müvafiq olaraq rayonun Osakücə kənd sakini, 1977-ci il təvəllüdlü Fariz Fərail oğlu Rzayevin yaşadığı ünvana baxış keçirilib. Baxış zamanı həyətdə Zərdab rayon sakini Əfqan Qasım oğlu Teymurova məxsus, avqustun 2-də Bakının Suraxanı rayonu ərazisindən qaçırılmış,  2005-ci il istehsalı olan 10 MP 097 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobil aşkarlanıb. F. Rzayev həmin avtomobili Lənkəranın Ləvəngi dairəsində Bakının Binə qəsəbə sakini olan Güloğlan adlı şəxsdən heç bir sənəd təqdim  olunmadan cəmi 400 dollara aldığını bildirib.