Mal sevgisi

1
28

var-dovletBöyük alim İmam Əzəm Əbu Hənifə Həzrətləri (8-ci əsr) elmlə yanaşı, ticarətlə də məşğul idi. Bu böyük insan günortaya qədər məsciddə tələbələrə dərs verir, günortadan sonra isə ticarət işləri ilə məşğul olurdu. Bir gün məsciddə tələbələrinə dərs verərkən bir nəfər yanına gəlib:

– Ya imam, gəmin batdı, – dedi.

İmam Əzəm bir anlıq dayandıqdan sonra:

– Əlhəmdülillah, – deyə cavab verdi.

Bir qədər sonra eyni adam yenə gəlib:

– Ya imam, batan gəmi sənin deyil, – deyə xəbər verdi.

İmam bu dəfə də:

– Əlhəmdülillah, – dedi.

Xəbər gətirən adam heyrətlə soruşdu:

– Ya imam, gəmin batdı dedim, “Əlhəmdülillah” dedin. Batan gəminin səninki olmadığını söylədim, yenə “Əlhəmdülillah” dedin. Bu necə şükürdür?

İmam Əzəm izah etdi:

– Sən “gəmin batdı” deyəndə qəlbimi yoxladım. Qəlbimdə dünya malı əlimdən çıxdığı üçün zərrə qədər də məyusluq yox idi. Buna görə də Allaha şükür etdim. Batan gəminin mənimki olmadığını xəbər verəndə yenə qəlbimi yoxladım. Qəlbimdə dünya malına qovuşduğum üçün zərrə qədər də sevinc yox idi. Buna görə də yenə Allaha şükür etdim.

1 comment

  1. Cox teessuf ki,indiki cemiyyetimizde mal sevgisi-maddi nemetler sevdasi diger menevi deyerlerimizi usteleyib.

Comments are closed.