Zərdabın 600 bal yığanları Prezidentə məktub yazdılar

1

qəbul imtahanıBuilki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan iki məzun Zərdab rayonundan Prezident İlham Əliyevə məktub yazıb. Zerdab.com Prezidentin saytına istinadən həmin məktubu olduğu kimi təqdim edir:

Hörmətli cənab Prezident!

Sizin yaratdığınız imkanlar sayəsində indi savadı və qabiliyyəti olan hər bir gənc həyatda böyük uğur qazana bilər. Bu il iyul ayının 14-də üçüncü ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında da abituriyentlərin öz biliklərini göstərməsi üçün bütün şərait yaradılmışdı. Biz həmin imtahanda sualların böyük əksəriyyətinə düzgün cavab verərək, müvafiq olaraq 666 və 612 bal toplamışıq. Arzumuz ali məktəbə daxil olduqdan sonra daha səylə çalışıb gələcəkdə savadlı kadr kimi dövlətimizə və xalqımıza xidmət etməkdir.

Hörmətli cənab Prezident, Sizin gənclərə göstərdiyiniz qayğı bizi daha böyük uğurlar qazanmağa sövq edir. Bu qayğıya görə Sizə Zərdab rayonunun bütün abituriyentləri adından dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,
Abdullayeva Nərmin
İsmayılov Rəhim.

Azərbaycan Respublikası, Zərdab rayonu.

1 comment

  1. Əvvəla bu balaları yüksək bal toplamaları münasibəti ilə təbrik edirəm valideynlərinə,müəllimlərinə və repititorlarına gözaydınlığı verirəm.
    İkincisi bu müraciətin onlar tərəfindən yazılmasına inanmıram.Ona görə ki,onlara Zərdab rayonunun bütün abituriyentləri adından danışmaq səlahiyyəti verilməyib.
    ————————
    Əziz Nərmin və Rəhim bizlər,başda prezident olmaqla sizə minnətdar olmalıyiq ki,vətənə, xalqa layiqli xidmət göstərmək üçün gecəni gündizə qatıb,gözlərinizin qarasını aparmaqla çalışmısınız.Uğurlar sizlərə.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

17 − 10 =