Hamımıza örnək insan: İSAMƏDDİN ƏHMƏDOV

9
Zərdab Rayon İcra Hakimiyyətinin orqanı “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov
Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov

Həyatda elə şəxslər var ki, üzərlərinə düşən işi və ya vəzifəni layiqincə yerinə yetirməklə yanaşı, o işi həyatlarının məqsədinə çevirirlər. İsaməddin Əhmədov da məhz elə şəxslərdəndir. Üzərinə düşən redaktorluq işini və vəzifəsini sevə-sevə və layiqincə yerinə yetirməklə qalmayır, jurnalistika sahəsində çoxşaxəli fəaliyyətini də ən gözəl şəkildə sürdürür.

O, 1993-cü ildən indiyədək “Əkinçi” qəzetinin redaktorudur. Sələfi və eyniadlı qəzetin ilk yaradıcısı həmyerlimiz Həsən bəy Zərdabinin mənəvi varisi, ardıcılıdır desək, yanılmarıq. O, həm də dahi mütəffəkirin həyat və fəaliyyəti haqda aparılan bəzi şəxsi araşdırmaların müəllifidir. Təsadüfi deyildir ki, İctimai Televiziyanın Həsən bəy Zərdabi haqqında çəkdiyi “Haqqım var ki, öyünüm” adlı sənədli filmdə o, vətənpərvər ziyalının mənəvi irsinin tədqiqatçısı-araşdırmaçı jurnalist kimi təqdim olunmuşdur.

İsaməddin müəllim həm də bir neçə publisist və şeirlər kitabının redaktoru və müəllifidir. Onun qələmindən çıxan publisist yazılarındakı kəskin həqiqi söz və fikirlər, şeirlərindəki bədii-poetik və fəlsəfi düşüncələr oxucularının beyninə və qəlbinə birbaşa nüfuz edir.

İsaməddin müəllim rayon əhli arasında hörmətli və ziyalı şəxs kimi tanınr. O, həm də gözəl ailə başçısı və əmək kollektivinin dəyərli rəhbəridir. Səmimi, mehriban, təvazökar və işgüzar insan olduğu üçün redaktorluq etdiyi “Əkinçi” qəzetinin mənəvi atası kimi sevilir, hörmət edilir.

Sənətinin vurgunu olan bu ziyalı insan jurnalistika işinin şərəf və məsuliyyətini dərindən duymaqda biz—“Əkinçi”nin kollektivinə əyani bir örnəkdir. Biz də onun yorulmaz fəaliyyətindən və peşəkar işgüzarlığından faydalanmağa və ibrət götürməyə çalışırıq.

Onun fəaliyyətinin bəhrəsi olan Həsən bəy Zərdabi irsinin araşdırmaçısı kimi qələmə aldığı publisist məqalələr, qəlbinin sevgisini gözlərinin nuruna çataraq dahi ziyalının 1881-1896-cı illər ərzində Zərdabda sürgündə olarkən Bakıya—“Kaspi” qəzetinə yazıb göndərmiş olduğu “Zərdabdan məktublar”nı rus-dilindən ana-dilimizə böyük məsuliyyət və diqqətlə çevirməsi və “Əkinçi”də nəşr etdirməsi, nəinki bütün zərdablılar və zərdabisevərlərə, həmçinin ziyalı Azərbaycan xalqına dəyərli töhfədir. Elə bu səbəbdəndir ki, İsaməddin müəllimin özünün və redaktoru olduğu “Əkinçi” qəzetinin fəaliyyəti Azərbaycan Mətbuat Şurası və Zərdab rayon icra hakimiyyətinin başçısı hörmətli Lütvəli Babayev tərəfindən bir neçə dəfə Fəxri diplomlara layiq görülübdür.

Redaktorumuzun yeni mükafatı isə 22 iyul Milli Mətbuat günü münasibətilə Azərbaycan Mətbuat Şurası tərəfindən təltif edildiyi Ali Media Mükafatıdır. Sevindirici və qürurverici haldır ki, bu mükafata Azərbaycan regionları mətbuatının jurnalistləri arasında yalnız İsaməddin Əhmədov layiq görülmüşdür. Təvazökar insan olduğundan, hər nə qədər o, bu mükafatda “Əkinçi”nin kollektivinin böyük payı olduğunu söyləsə də, əslində bu uğurun səbəbkarının məhz özü olması danılmazdır. Çünki əldə etdiyi uğurları özünün sənətinə tükənməz sevgisi və yorulmaz fəaliyyətinin nəticəsidir.

Şübhəsiz, o, daha böyük mükafatlaralayiq insandır.

18 avqust İsaməddin Əhmədovun ad günüdür. Biz – “Əkinçi” qəzetinin kollektivi, təkcə peşəkar jurnalist və redaktorumuz kimi deyil, həm də mənəvi atamız kimi dəyərləndirdiyimiz, sevdiyimiz bu hörmətli və ziyalı şəxs olan İsaməddin müəllimi həm Ali Media Mükafatı ilə təltif edilməsi, həm də ad günü münasibətilə təbrik edir, onu sağlıqlı və xeyirli ömür, həyat və fəaliyyətinin hər bir sahəsində uğurlar arzulayırıq!

Qeyd: Bu təbrikə Zerdab.com saytı olaraq biz də qoşuluruq. Səmimi, mehriban, təvazökar insan, gözəl dost, işinin peşəkarı İsaməddin Əhmədova həm şəxsi, həm də iş həyatında uğurlar arzulayırıq. İnşallah, yaxın gələcəkdə İsaməddin müəllimi “Əməkdar jurnalist” adı alması münasibəti ilə də təbrik edək…

  Züleyxa  TEYYUBZADƏ, “Əkinçi”nin müxbiri.

9 ŞƏRH

  1. Hörmətli İsaməddin müəllim!
    Ad gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə möhkəm can sağlığı, ailənizdə xoşbəxtlik,yaradıcılığınızda yeni-yeni uğurlar arzulayıram.

  2. Isameddin muellimi ad gunu munasibeti ile urekden tebrik edirik.Aile xoshbextliyi,yaradiciliginda boyuk ugurlar arzulayirig.Ismayilovlar ailesi.

  3. Çox sağ ol , Züleyxa ! Kollektivin fikrini gözəl ifadə etmisən. Mən də sənin təbriklərinə qoşularaq çox hörmətli redaktorumuzu mübarək ad günü münasibətilə ürəkdən təbrik edirəm. İsaməddin müəllimə bundan sonrakı həyatında da cansağlığı və yaradıcılıq sevincləri arzulayıram.

  4. Isameddin muellim,ad gununuz munasibetile bir daha urekden tebrik edirem!

  5. Men de butun tebriklere qosuluram hormetli redaktorumuz, deyerli insan olan Isameddin muellimi urekden tebrik edir uzun omur, cansagligi arzulayiram….

  6. Dəyərli və səmimi arzulara qoşularaq hörmətli redaktorumuzu təbrik edirəm.Ona gələcək fəaliyyətində yeni yeni uğurlar arzu edirəm .

  7. İsaməddin müəllim öz peşəsini sevən,mehriban,səmimi,hörmətli bir insandır. O həm də çox yaxşı ailə başçısıdır. Sizi təbrik edirəm İsaməddin müəllim.Həmişə sizi sevənlərin əhatəsində olasınız.Sizə can sağlığı uzun ömür arzulayıram.

  8. Məni təbrik edənlərə də, təbrik etmək imkanı olmayanlara da dərin, sonsuz minnətdarlığımı bildirir, hamıya ən xoş, ən səmimi arzularımı çatdırıram. Uca Allah hər zaman sizləri ürək dolusu sevindirsin. Heç zaman böyük çətinliklər çıxmasın yolunuza. Belə çətinliklər olanda da Allah imkan versin ki, asanca dəf edəsiniz o çətinlikləri. Allah özünüzü, valideynlərinizi, övladlarinizi, doğma və əzizlərinizi qorusun, subaylara toy qismət olsun inşallah! Hər birinizə azı 100 illik sağlam, xoşbəxt ömür, sevgi dolu bəxtəvər həyat arzulayıram. Allah hamınızın canını salamat, yollarınızı nurlu etsin. AMİN!

  9. Tesekkur edirik,hormetli redaktorumuz!Fexr edirik ki,sizin kimi ziyali jirnalist ve redaktorun iscileriyik!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

10 − 4 =