Kəmaləddin Heydərov Zərdab sakinlərini də qəbul edəcək

0
Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 23 avqust 2013-cü il tarixində saat 11:00-dan Yevlax şəhərində vətəndaşların qəbulu keçiriləcək.  Zerdab.com saytının Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, qəbulda Zərdab, Yevlax, Mingəçevir və Naftalan, Goranboy, Göyçay, Ucar,  Kürdəmir və Ağdaş rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında (ünvan: Yevlax şəhəri, Bakı prospekti 30) 21 avqust 2013-cü il tarixində saat 14:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: 994 (12) 512-01-14 
e-mail: [email protected]

Zerdab.com