Zərdab rayon Mərkəzi Xəstəxanasının həkimləri səyyar xidmət göstərir

0
38

Zərdab rayonu

Zərdab rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçilərindən təşkil olunmuş briqadalar qrafik üzrə kənd sakinlərinə səyyar xidmət göstərirlər. Zerdab.com saytı AzərTAc-a istinadən xəbər verir ki, səyyar həkim briqadalarına ayrı-ayrı ixtisaslardan olan həkimlər – terapevt, ginekoloq və pediatrlar, habelə orta tibb işçiləri və laborantlar daxildir. Bütün briqadalar zəruri tibbi avadanlıq və dərman preparatları ilə təchiz edilib.
Həkim briqadaları son vaxtlar rayonun Əlvənd, Şahhüseynli, Şəftəhal, Məlikli, Sarıqaya kəndlərində olub, yüzlərlə sakini müayinə edib, bir çoxlarına həkim məsləhətləri verilib, zəruri hallarda xəstələr rayon mərkəzi xəstəxanasına göndəriblər.