Zərdabda Açıq Əyləncəli Futbol Məktəbinin açılışı olacaq

3

Açıq Əyləncəli Futbol MəktəbiAFFA-nın təşkil etdiyi Açıq Əyləncəli Futbol Məktəbi layihəsi çərçivəsində təşkil olunan seminara Zərdab rayon Gənclər və İdman İdarəsinin nümayəndə heyəti də qatılıb. Zərdab rayon Gənclər və İdman İdarəsindən Zerdab.com saytına verilən məlumata görə, layihənin əsas ideyası uşaq futbolu vasitəsi ilə müxtəlif sosial təbəqələri, etnik qrupları futbol ətrafında toplamaqdır: “Bir neçə rayonun iştirak etdiyi tədbirdə rayonumuzun gəncləri xüsusi ilə fərqləndi. Yarışlarda həmyerlimiz İmranlı Yusif “Bom Bom” kubokunun sahibi oldu”.

Xatırladaq ki, layihənin ilkin mərhələsində Gürcüstanın Ziqudidi şəhərində keçirilən seminarda Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev də iştirak etmişdi.

Sevindirici haldır ki, layihənin davamı olaraq gələn ay rayonumuzda Açıq Əyləncəli Futbol Məktəbinin açılışı olacaq. Burada 100-dən çox uşaq və yeniyetməyə əyləncəli futbol nömrələri öyrədiləcək.

Zerdab.com

Açıq Əyləncəli Futbol MəktəbiAçıq Əyləncəli Futbol MəktəbiAçıq Əyləncəli Futbol Məktəbi

3 ŞƏRH

Şərh yaz

Please enter your comment!
Please enter your name here

six − 5 =