“Hər deputatın öz dairəsində qəbul günləri olur…”

0
21

Milli-MəclisMilli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, 2013-cü ilin ilk 6 ayında Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsində 2118 vətəndaş qəbul edilib. Onun sözlərinə görə, bu göstərici keçən ilin hesabat dövrü ilə müqayisədə 6,3 faiz və ya 144 nəfər azalıb: “Hesabat dövründə 179 vətəndaş qəbula elektron poçt vasitəsilə yazılıb. 2013-cü ilin birinci yarısında Milli Məclisin rəhbərliyi, komitə və komissiya sədrləri tərəfindən 739 nəfər vətəndaş qəbul olunub. Ayrı-ayrı deputatlar tərəfindən də vətəndaşlar Milli Məclisdə qəbul edilib, problemləri dinlənilib və onların həll olunması istiqamətində müvafiq addımlar atılıb. Əslində hər deputatın özünün öz dairəsində qəbul günləri olur və seçiciləri ilə görüşlər keçirir. Bundan başqa həm də Milli Məclisdə də xeyli vətəndaşlar deputatlar tərəfindən qəbul olunub”.
A.Təvəkküloğlu vətəndaşların ən çox mənzil, əmək, işə düzəlmə, işdən azad olma, tikinti, mədəniyyət, elm, səhiyyə və digər məsələlərlə bağlı müraciət etdiyini deyib. Ümumilikdə, 2013-cü ilin birinci yarısında Milli Məclisə vətəndaşlardan 2956 təklif, ərizə və şikayət daxil olub.  

Aytən ƏLİYEVA