Zərdabinin qohumu Bakıda dənizdə batıb

9
24

çimərlikHəsən bəy Zərdabinin qardaşı oğlu Həmdullah bəyin nəticəsi Bakıda dənizdə batıb. Hazırda xilasedicilər dənizdə batmış şəxsi axtarırlar. Bu barədə Zerdab.com saytına dənizdə batmış şəxsin yaxın qohumları məlumat veriblər. Həmin şəxsin Samir Sərxan oğlu olduğu bildirilib. Onlar Bakıda yaşayırlarmış. İlkin ehtimallara görə, hadisə baş verən gün Samir 3 nəfər iş yoldaşı ilə birgə dənizə üz tutub. Lakin çimərlikdə təhlükəsizlik zolağına məhəl qoymayan Samir bir qədər irəli üzməyə cəhd göstərib. Amma yorulduğu üçün üzməyə davam edə bilməyib və boğulub. Sahildən xeyli uzaqlaşdığı üçün dostları ona kömək edə bilməyiblər. Hazırda həmin şəxsin axtarışları davam edir.

Zerdab.com saytı xəbər verir ki, faktla əlaqədar Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda (“Sahil” sularda xilasetmə məntəqəsindən təxminən 2,5 km məsafədə, nəzarətsiz ərazidə) 1 nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunub və axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək.

Zerdab.com

9 ŞƏRH

  1. Cox sarsildim……ALLAH dogmalarina sebir versin…..Soz tapa bilmirem,goz yashlarimdurmadan axir…..niye bele oldu!!!!!!!

  2. Həsən bəy Zərdabi nəslinin nümayəndəsi Samir İsayevin faciəli surətdə, vaxtsız vəfatı ilə əlaqədar nənəsi Sara xanıma, atası Sərxan İsayevə, yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allah-Təaladan rəhmət diləyirəm.

  3. Allah butun olenlere rehmet elesin Samirin qardasiyam Allah butun cavanlari Qorusun heyatda her seyden ehtiyat etmek lazimdi cunki bilinmir kimin basina ne is gelecek !!!!basqa hecne Allah haminin ölenlerine rehmet elesin !!Amin !~!!!

  4. can qardaas ay qardas gozumuzun yasi qurumur sabah eve gedirik seni rayonda qoyub gedirik amma darixma tez tez gelib sene basa cekecem ay samir !!ALLAH SENI BAGISLASIN !!iSAYEV ELSEN SERXAN OGLU (MERHUMUN QARDASI)

Comments are closed.