Zərdablı ailə dəhşətli yol qəzasına düşdü; 2 ölü, bir yaralı

9

yol-qəzasi-zərdabKürdəmir rayonunda iki nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Kürdəmir rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon ərazisində 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə dünən səhər saat 07:00 radələrində Kürdəmir-Zərdab yolunda qeydə alınıb.

Zərdab rayon sakini, 1970-ci il təvəllüdlü Musayev Telman Böyükkişi oğlunun idarə etdiyi 10 UZ 683 dövlət nömrə nişanlı “VAZ 2104” markalı minik maşını əsas magistral yoldan çıxaraq su kanalına düşüb.

Nəticədə sürücü və sərnişini – 1990-cı il təvəllüdlü Hüseynova Aişə Nazım qızı hadisə yerində dünyasını dəyişib. Maşında olan digər sərnişin, 1977-ci il təvəllüdlü Musayeva Vüsalə Fərrux qızı ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakta bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.

9 ŞƏRH

  1. allah rehmet elesin yeri cennetde olsun deyirem onsuzda olacaq cunki cox yaxsi biri idi qebri nurla dolsun cox uzuldum belkede nelerden kecerdikki geri qayitsin ama demekki allah bele isteyir sevdiyi insanlari yanina aparir onun kimi insan hele gormemisdim allah onun xanimini usaqlarina cox gormesin hec olmasa xanimi sag qalsin cox boyuk dertdi ailesinede sebr versin burda yekunlasdiriram allah rehmet elesin!

  2. allah rehmet elesin telman emi sene qebrin nurla dolsun cox yaxsi adam idin rebbim seni yerini cennetdiy eder insallam ailesine bas saqliqi dileyiram allah onlara sebir versin amin

  3. Allah onlara rehmet elesin ve bize sebr versin,hamıniz çox sağ olun,facie bizim ailede baş verdi,Telman dayım,Aişe bacım idi,çox çetindi bu acıya,müsibete dözmek,inanın ki hele mene yuxu kimi gelir o hadise,olar cesedini öz ellerimle sudan çıxaranda ele bilirdim yuxu görürem,hele de o yuxudan ayılmaq isteyirem,ama baxıram ki bu yuxu yaman uzun yuxu oldu,ata-anamın üzüne baxa bilmirem,men beleyemse gör olar ne çekir.Allah onlara sebr versin ve heç kime,heç bir aileye bele bir müsibet göstermesin,Allah hamıya rehmet elesin !!!

  4. Men de bu facieni urey agrisi ile yad edenlerden biriyem. Aişe mene baldiz yox baci idi, Telman ise qardaş. Men onlarin olumune helede inana bilmirem, amma neylemek olar onlar bu heyatda olmasalarda onlarin yeri menim ureyimde, onlari sevenlerin ureyinde ölene qeder qalacaq, ALLAH REHMET ETSIN her ikisine, onlarin aile uzuvlerinede baş saqliqi verirem.

    Kamran Guleliyev

  5. menim qeder onlarin halina yanan ikinci bir insan teseffur ede bilmirem bacim aiwenin dayim telmanin olumune inana bilmirem, ALLAH onlara rehmet etsin,yerleri cenletlik olsun, onlari urey agrisi ile yad edenlerin her birine oz tewekkurumu bildirirem, aile uzuvlerimede allahdan sebir dileyirem.

  6. Aysen bilirem hamımız üçün ağırdır,en esas da ata-anamız üçün,çünkü onlar bizden de çox eziyyet çekir,balanı böyüdüb boya başa çatdırmaq her bir valideynin en şerefli borcu ve vezifesidir,en esası da oların heyatda xoşbextşiliyini görende,ama bu hissler valideynlerimize aişe adlı övladında qismet olmadı,onlar öz borclarından çıxıdılar,ama tale bele getirdi,Allah onlara rehmet yerlerini cennetlik etsin,o dünyaları üçün yaşasınlar,heyat davam edir,dözüb yaşamaq lazımdır ve biz de bunu etmeliyik çetin olsa da,ömür boyu onların ölümü ile bele barışmasaq da,bir daha rehmet onlara !!!

  7. ALLAH REHMET ELESIN O XEBERI ESIDIENDE VOX PIS OLDUM VE EN ASASI ONLARIN ALESINE SEBR VERSIN ONLARIN YERI CENNET OLSUN AMIN INSALLAQ

Şərh yaz

Please enter your comment!
Please enter your name here

5 × three =