Dənizdə batan həmyerlimizin cəsədi tapıldı və Zərdaba gətirildi

9
25

cimərlikHəsən bəy Zərdabinin qardaşı oğlu Həmdullah bəyin nəticəsi Samir Sərxan oğlunun Bakıda dənizdə batması barədə məlumat vermişdik. Bildirmişdik ki, Samirin ailəsi Bakıda yaşayır və ilkin ehtimallara görə, hadisə baş verən gün Samir 3 nəfər iş yoldaşı ilə birgə dənizə üz tutub. Lakin çimərlikdə təhlükəsizlik zolağına məhəl qoymayan Samir bir qədər irəli üzməyə cəhd göstərib. Amma yorulduğu üçün üzməyə davam edə bilməyib və boğulub. Sahildən xeyli uzaqlaşdığı üçün dostları ona kömək edə bilməyiblər.

Zerdab.com saytına verilən məlumata görə, artıq Samirin cəsədi tapılıb. Mərhumun yaxınlarının Zerdab.com saytına bildirdiklərinə görə, dalğıc-xilasedicilər Samirin cəsədini tapmaq üçün 2 gün axtarış aparıblar. Cəsəd tapılmadığından axtarışa vertolyotlar da cəlb olunub. Samirin yaxınları axtarışa diqqətin cəlb edilməsində millət vəkilimiz Jalə Əliyevanın diqqətini xüsusi qeyd ediblər. Belə ki, müraciət ediləndən sonra millət vəkilimiz Fövqəladə Hallar Nazirliyinin aidiyyəti şəxsləri ilə əlaqə saxlayıb və dərhal vertolyotların da iştirakı ilə axtarışlara başlanılıb.

Cəsəd tapıldıqdan sonra Zərdab rayonuna gətirilib və burada dəfn olunub.

Allahdan Samir qardaşımıza rəhmət, yaxınlarına isə səbri-cəmil diləyirik.

Zerdab.com

9 ŞƏRH

  1. Rehmete geden menim qardasimdi Allah butun cavanlari qorusun hec kime bele agir derdi gostermesin !Amin!!

  2. rehmete geden canim qardawim emim ogludu allah rehmet.etdin sene.amma belle olmali deyildi

  3. senin gozel ureyi aciq saf insan oldugun ucun allahda seni cenete gonderecek

Comments are closed.