İcra başçısı Məmmədqasımlı kəndində səyyar qəbul keçirdi

0
23

Məmmədqasımlı kəndiZərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev rayonun Məmmədqasımlı kəndində yerli sakinlərlə səyyar qəbul keçirib. Qəbulun əvvəlində Rayon İcra Hakimiyyətinin Başçısı son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verib.

Daha sonra sakinlər respublikamızda və eləcə də rayonumuzda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Kənd sakinləri Sarvan Eyvazov, Simuzər Mirzəliyeva, Gülsənəm Əzizova, Hamayıl Eyvazova, Muradalı Heydərov və başqaları çıxış edərək kəndə təbii qaz xəttinin çəkilməsi, kəndə gələn mərkəzi yolun əsaslı təmir olunması, ərazidəki əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, şirəkeş kanalının qazılması və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Rayon rəhbərliyi qaldırılan təkliflərin diqqətdən kənarda qalmayacağını vurğulayaraq ayrı-ayrı təkliflərin həlli istiqamətində səyyar qəbulda iştirak edən xidmət təşkilatlarının rəhbərlərinə öz tapşırıq və tövsiyələrini verib.

Səyyar qəbuldan dərhal sonra əlaqədar nazirlik və komitələrə kənd sakinlərinin təklif etdiyi məsələlər barədə rəsmi müraciətlər edilib.

Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektoru

Məmmədqasımlı kəndiMəmmədqasımlı kəndi